Aleksandr Maslyakov Bakıda ən yaxşı komandanı müəyyənləşdirəcək
5.12.2016

Dekabrın 18-də Heydər Əliyev Sarayında Azərbaycan ŞHK Liqasının üçüncü mövsümünün möhtəşəm finalı keçiriləcək.
Azərbaycan Şən və Hazırcavablar Klubunun (ŞHK) mətbuat xidmətindən verilən məlumata görə, çempion adı uğrunda Azərbaycan, Rusiya və Gürcüstandan olan komandalar yarışacaq.
Azərbaycan ŞHK Regional Liqası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyi ilə keçirilir.
Konsertdə Azərbaycan təmsilçisi, "Kivin v tyomnom-2016" mükafatının sahibi olan "Bakı yığması" komandası ilə yanaşı, 2015-ci il mövsümün finalçıları olan Dağıstan yığması, "Prezident Kivini-2016"-nın qalibi olmuş Gürcüstan yığması yarışacaq. Konsertin aparıcısı isə Aleksandr Maslyakov olacaq.

report.az