Dekabrın 3-dək hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
30.11.2016

Dekabrın 1-dən 3-ü gündüzədək Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ölkə ərazisində arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

report.az