On ayda sərnişin daşınmasında 2,5 faiz artım baş verib
22.11.2016

Cari ilin 10 ayı ərzində ölkənin nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 116,3 milyon ton yük, 1396,9 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8 faiz və 2,5 faiz artımdan xəbər verir.

Sərnişinlərin 96,1 faizi və ya 1 milyard 342 milyon 421 min nəfəri avtobus, 3,9 faizi və ya 54 milyon 479 min nəfəri isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 2,8 faiz sərnişin dövriyyəsi isə 2,5 faiz artıb.

azertag.az