Moskva Akademik Teatrı kollektivinin Bakıda mətbuat konfransı keçiriləcək
16.11.2016

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında noyabrın 18-də V.Mayakovski adına Moskva Akademik Teatrı kollektivinin Bakıya qastroluna həsr olunan mətbuat konfransı keçiriləcək.
Teatra istinadən verilən məlumata görə, konfransda Rusiya Qastrol Fəaliyyətinə Dəstək Federal Mərkəzinin direktoru Anton Proxorov, V.Mayakovski Teatrının bədii rəhbəri Mindauqas Karbauskis, direktoru Leonid Oşarin, Rusiyanın Xalq artistləri Svetlana Nemolyayeva, Qalina Anisimova, Mixail Filippov, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi Ədalət Hacıyev, teatrın baş rejissoru, Xalq Artisti Aleksandr Şarovski iştirak edəcəklər.
Bildirilib ki, qastrol çərçivəsində V.Mayakovski Teatrının bədii rəhbəri Mindauqas Karbauskisin quruluşunda “Rus romanı” və Sergey Artsibaşevin quruluşunda “Evlənmə” tamaşalarının nümayişi planlaşdırılır.


report.az