Bakı Ali Neft Məktəbində “Bayraq günü” qeyd olunub
8.11.2016

Bakı Ali Neft Məktəbində (BANM) 9 noyabr - “Bayraq günü” münasibətilə təhsil ocağının bütün auditoriyalarında ilk dərs bu tarixi günə həsr olunub
Bu barədə BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, bu, BANM-in rektoru Elmar Qasımovun göstərişi ilə olub.
Eyni zamanda, BANM-in binasının üzərində Azərbaycan bayraqları asılıb.
Dərslərdə professor-müəllim heyəti tələbələrə Azərbaycan dövlətinin rəsmi dövlət atributlarından biri olan bayrağımıza hörmətlə yanaşmağı, hər zaman dövlətçiliyimizin qorunmasına çalışmağı, bayrağımızı həmişə şərəflə uca tutmağı tövsiyə ediblər.

report.az