Bakı Beynəlxalq Teatr Konfransı təcrübə mübadiləsi üçün gözəl məkandır
8.11.2016

Bakı Beynəlxalq Teatr Konfransında ilk dəfə iştirak edirəm. Çox şadam ki, bəxtimə belə bir imkan düşüb. Əminəm ki, konfransın işi məhsuldar olacaq. Məruzə ilə çıxış etməyi də planlaşdırıram. Başqa ölkələrin teatr xadimləri ilə tanış olmaq, aktual məsələləri müzakirə etmək və təcrübə mübadiləsi aparmaq imkanına görə tədbirin təşkilatçılarına öz minnətdarlığımı bildirmək istərdim.

Bu sözləri A.P.Çexov adına Moskva Bədaye Teatrının bədii rəhbərinin köməkçisi Pavel Rudnev deyib.

Rusiyalı qonaq bildirib ki, Bakıya gələn kimi Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının bir tamaşasına baxıb və aktyorların ustalığını yüksək qiymətləndirib.

azertag.az