Bakıda dünya şöhrətli ingilis yazıçısının kitabı işıq üzü görüb
4.11.2016

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – dünya şöhrətli ingilis yazıçısı Uilyam Somerset Moemin Azərbaycan dilinə tərcümə edilmiş “Teatr (Seçilmiş əsərləri)” kitabı işıq üzü görüb.

Mərkəzdən verilən məlumata görə, kitaba yazıçının məşhur “Teatr” romanı, pyes və novellaları daxil edilib.
Əsərləri Azərbaycan dilinə yazıçı-tərcüməçi Yaşar çevirib. Nəşrin redaktoru Güldəstə Nəsibdir.

Əsərin elektron versiyası yaxın günlərdə Mərkəzin “Açıq kitab” elektron kitabxanasının oxucularına təqdim olunacaq.

report.az