Macarıstanın tanınmış opera ifaçıları və solistləri Bakıda çıxış edəcəklər
2.11.2016

Bakıda klassik macar musiqisi konserti keçiriləcək.
Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskinin verdiyi məlumata görə, konsert noyabrın 19-da Filarmoniyanın binasında keçiriləcək.
Konsertdə məşhur macar opera ifaçıları - skripkaçı Qraf Murja, pianoçu Dyord Uravets və opera müğənnisi Andrea Yereş-Bradçoy çıxış edəcək.
Konserti Bakı Filarmoniyasının orkestri müşayiət edəcək.

report.az