Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin sayı müəyyənləşib
31.10.2016

Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin say həddi müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalaması ilə mümkün olub.
Sənədə əsasən, Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin say həddi cəmi 379 ştat vahidi olmaqla, Nazirliyin aparatı üzrə 160 ştat vahidi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələri üzrə 219 ştat vahidi müəyyən edilib.

report.az