"Huawei" şirkəti Naxçıvanda 4G-nin təqdimatını keçirib
28.10.2016

Çinin “Huawei Technologies” şirkəti Azərbaycanın Naxçıvan Muxtar Respublikasında 4G texnologiyasının təqdimatını keçirib.
Tədbirdə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov və “Huawei”in Qafqaz və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Donlianq Janq (Donliang Zhang) iştirak ediblər.
V.Talıbov deyib ki, bundan sonra Naxçıvan əhalisi daha yüksək sürətli internetdən yararlana biləcək.
D.Janq isə “Huawei”in Naxçıvan Dövlət Universitetində GSM və LTE texnologiyası ilə təchiz edilmiş müasir təhsil sisteminin yaradılmasına dəstək verib.
Qeyd edək ki, “Huawei” Naxçıvanda 2002-ci ildə fəaliyyətə başlayıb.

report.az