Bakıda məşhur meksikalı heykəltəraşın sərgisi keçiriləcək
24.10.2016

Bakıda məşhur meksikalı heykəltəraş Xorxe Marinanın sərgisi keçiriləcək.
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib ki, heykəltəraş Azərbaycana 10 heykəltəraşlıq əsəri gətirəcək. Onlar Heydər Əliyev Mərkəzində nümayiş olunacaq.
Sərgi oktyabrın 28-də açılacaq və yarım il davam edəcək.

report.az