Ronaldinyo Bakıya gəldi
20.10.2016

Braziliya yığmasının və İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Ronaldinyo Azərbaycana səfərə gəlib.

Bu barədə məlumatı braziliyalı oyunçu öz "İnstagram" səhifəsində fotosu ilə birgə paylaşıb.

O, şəklinə "Bakıda ilk gün" qeydini yazıb.

Hələlik, braziliyalı ulduzun ölkəmizə hansı məqsədlə gəldiyi bəlli deyil.

trend.az