Mərakeş kralı Azərbaycana yeni səfir təyin edib
14.10.2016

Mərakeş kralı VI Məhəmməd krallığın Azərbaycandakı yeni səfirini təyin edib.
Bu vəzifəyə Məhəmməd Adil Ambarx (Mohamed Adil Ambarch) təyin edilib.
O, bu postda bu yaxınlarda Bakıdakı diplomatik missiyasını başa çatdıran Həsən Hamini əvəz edəcək.
H.Hami isə Mərakeşin İrandakı səfiri təyin edilib.

report.az