Bakıda İndoneziya Mədəniyyəti günləri keçiriləcək
6.10.2016

Bakıda İndoneziya Mədəniyyəti günləri keçiriləcək.

İndoneziyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, tədbir noyabrın 19-20-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Tədbirdə bu ölkənin mədəniyyət nümunələri, o cümlədən 15-20 müxtəlif əyalətin musiqi və rəqsləri nümayiş olunacaq.

Eyni zamanda, tədbirə qatılan əyalətlərin iş adamları da Azərbaycana gələcək. Onlar ölkəmizlə əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

report.az