Prezident İlham Əliyev üç ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul edib
5.10.2016

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Yankunun etimadnaməsini qəbul edib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb. Prezident İlham Əliyev İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin etimadnaməsini qəbul edib.

Bundan başqa, Azərbaycan Prezidenti Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sainin etimadnaməsini qəbul edib.

report.az