Azərbaycanlılar İsveçdə futbol komandası yaradıb
28.9.2016

İsveçin paytaxtı Stokholmda İsveç Azərbaycanlıları Konqresi yeni futbol komandası yaradıb.

Bu barədə azərbaycanın futbol veteranı İqor Ponomaryov jurnalistlərə açıqlamasında bildirib.

O, komandanın adının "Stokholm-Neftçi" olduğunu bildirib.

İ.Ponomaryovun sözlərinə görə, ilk addımlarını atan komandada futbolçular üçün yaş məhdudiyyəti olmayacaq.

Komandanın hələlik İsveçin hansı liqasında çıxış edəcəyi məlum deyil.

report.az