Ukraynada "Neftçi" fan-klubu yaradılıb
28.9.2016

Ukraynada "Neftçi” fan-klubu yaradılıb.

Paytaxt klubunun rəsmi saytına istinadən verilən məlumata görə, fan-klubun prezidenti vəzifəsinə "Azərbaycan-Ukrayna” Beynəlxalq İttifaqının sədri Elmar Məmmədov seçilib.

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev tərəfindən fan-klub rəhbərliyinə Ukraynada klub brendindən istifadə edilməsi haqda icazə məktubu göndərilib.

Layihənin məqsədi Ukraynadakı soydaşlarımızın daha sıx vəhdətdə olması və həmyerlilərimizin bir araya gəlməsi üçün əlavə strukturun yaradılmasıdır.

report.az