Dünya Bankı Azərbaycanı Yuxarı Orta-Gəlirli ölkələr sırasına daxil edib
21.9.2016

Dünya Bankı (WB) Azərbaycanı Yuxarı Orta-Gəlirli (Upper Middle-Income) siyahısına daxil edib.

Bu siyahıya Azərbaycanla yanaşı dünyanın 55 ölkəsi adı salınıb.

Məlumatda qeyd edilir ki, Gürcüstan, Türkiyə və Rusiya Azərbaycanla eyni siyahıda yer alsa da, Ermənistan Aşağı Orta-Gəlirli (Lower Middle-Income) ölkələr sırasındadır. Ümumilikdə bu siyahıya Ermənistanla birlikdə 52 ölkə daxildir.

Qeyd edək ki, WB bu kateqoriya üzrə ölkələri 4 qrupa ayırıb. Birinci qrup Aşağı Gəlirli (Low-Income) ölkələrdir ki, bura 31 ölkənin adı daxildir. Bankın sıralamasında Yüksək Gəlirli (High-Income) ölkələrin sayı isə 82 göstərilib.

Xatırladaq ki, siyahıda ümumilikdə 200 ölkənin adı yer alıb.

report.az