“PAŞA Bank” istiqraz buraxacaq
21.9.2016

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “PAŞA Bank” ASC-nin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 500 min ədəd sənədsiz, təmin edilməmiş istiqrazların baza emissiya prospekti təsdiq edilib. Bu barədə Palatadan verilən məlumatda deyilir.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.

Media orqanları əlavə məlumat almaq üçün press@fmsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.

trend