AZAL Fransa şirkəti ilə müqaviləsini yeniləyib
19.9.2016

“Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə Fransanın “Aviareps” şirkəti arasında yeni müqavilə imzalanıb. Bu barədə Fransa mediasına istinadən xəbər verilir.

Müqavilənin şərtlərinə görə, AZAL Fransa bazarında “Aviareps”lə əməkdaşlığını davam etdirəcək.
Həmçinin tərəflər 11 ölkədə - Çin, Çexiya, Danimarka, Almaniya, Malayziya, Niderland, Norveç, İspaniya, İsveç, Türkiyə və Böyük Britaniyada əməkdaşlığı genişləndirməklə bağlı razılıq əldə ediblər.

Razılığa əsasən, “Aviareps” bundan sonra da AZAL-ın bu ölkələrdə satış və marketinq siyasətini həyata keçirəcək.

report.az