İlham Əliyevin Qırğız Respublikasına səfəri başa çatıb
19.9.2016

MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Prezident İlham Əliyevin Qırğız Respublikasına səfəri başa çatıb.

“Manas” Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qırğız Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

president.az