Dövlət “Yuğ” Teatrının direktoru Tərlan Rəsulov beynəlxalq festivalda mütəxəssis kimi iştirak edir
16.9.2016

Azərbaycan Dövlət “Yuğ” Teatrının direktoru Tərlan Rəsulov Şotlandiyanın Qlazqo şəhərində işgüzar səfərdədir.

Teatrın mətbuat xidmətindən bildirilib ki, T.Rəsulov Qlazqoda keçirilən “Tramvay” festivalına mütəxəssis kimi dəvət alıb. Çoxsaylı tamaşaların, təsviri incəsənət nümunələrinin təqdim olunduğu festival çərçivəsində müxtəlif görüşlərin və müzakirələrin keçirilməsi də nəzərdə tutulur. Festival iştirakçıları sırasında fiziki qüsurlu aktyorlar da yer alıb.

Sentyabrın 25-dək davam edəcək festivalda T.Rəsulov əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı bir sıra görüşlər keçirəcək.

azertag.az