Gəncə MDB-nin yeni mədəniyyət paytaxtı olacaq
15.9.2016

Azərbaycanın Gəncə şəhəri MDB-nin yeni mədəniyyət paytaxtı olacaq.

Bu barədə sabah MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında elan olunacaq.
"MDB-nin mədəniyyət şəhəri bir il müddətinə seçilir. İndi mədəniyyət şəhəri - Türkmənistanın Daşoğuz şəhəridir. Sabah elan olunacaq ki, Gəncə - yeni mədəniyyət şəhəri olacaq. Həmçinin bununla bağlı tədbirlər planı təsdiq olunacaq", - MDB icra komitəsindən bildiriblər.

report.az