“YARAT”da “Ədəbiyyat gecəsi”
8.9.2016

YARAT Müasir İncəsənət Məkanında “Ədəbiyyat gecəsi” adlı tədbir təşkil edilib.

Ədəbiyyatsevərləri bir araya toplamaq məqsədilə keçirilən tədbirin qonağı gənc yazarlar Nigar Məmmədli, Hüseynağa Aslanov, Nuranə Nur və Pərviz Seyidli olub. Gənclər bu dəfə öz daxili müqavimətləri haqqında şeirlərini tədbir iştirakçılarına təqdim ediblər. Bundan başqa, ədəbiyyat və poeziya ilə bağlı maraq doğuran suallar ətrafında müzakirələr aparılıb.

azertag.az