Prezident İlham Əliyev 247 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
7.9.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Bakının Nəsimi rayonundakı 247 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı məktəbin sinif otaqlarına, fənn kabinələrinə, akt və idman zallarına baxdı.

trend.az