Futbol üzrə Azərbaycan çempionatında yeni limit tətbiq olunub
7.9.2016

Dünən AFFA, Peşəkar Futbol Liqası və Məşqçilər Komitəsinin birgə iclası keçirilib. AFFA-nın inzibati binasında aparılmış müzakirələrdən sonra I Divizionda yaş və legioner limitinin müəyyənləşdirilməsi barədə qərar çıxarılıb.

Qərara əsasən, I Divizionda 2016-2017 mövsümündə limit 5 yerli futbolçu (təvəllüdü 1994-cü il və sonra), 4 yerli futbolçu yaş məhdudiyyəti olmadan və 2 legioner olmaqla müəyyənləşib. I Divizion klublarına yerli qapıçıların xidmətindən yararlanmaq tövsiyə olunub.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin 29 avqustda keçirilmiş iclasında I Divizionda yaş və legioner limitinin müəyyənləşdirilməsi AFFA, Peşəkar Futbol Liqası və Məşqçilər Komitəsinə həvalə olunmuşdu.

report.az