Akademik Opera və Balet Teatrının gənc solisti beynəlxalq tədbirə dəvət alıb
6.9.2016

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının gənc solisti Cəmilə Kərimova sentyabrın 8-dən 17-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək III Beynəlxalq balet artistləri müsabiqəsində iştirak etmək üçün dəvət alıb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, müsabiqədə gənc solist “Qu gölü”, “Don Kixot”, “Yatmış gözəl”, “Bayaderka” kimi klassik baletlərdən nümunələrlə çıxış edəcək.

Qeyd edək ki, C. Kərimova teatrda 2011-ci ildən çalışır.

Hazırda Bakı Xoreoqrafiya Akademiyasının magistraturasında təhsil alan C. Kərimova Prezident mükafatçısı, Qəmər Almaszadə adına I Beynəlxalq balet müsabiqəsinin Qran-pri mükafatının sahibidir.

azertag.az