Azərbaycanın üç ali məktəbi dünyanın ən yaxşı universitetləri siyahısına düşüb
6.9.2016

Azərbaycanın üç ali məktəbi Britaniyanın "Quacquarelli Symonds" (QS) şirkətinin versiyasına görə 2016/17-ci illər üçün dünyanın ən yaxşı universitetlərinin reytinqinə düşüb.
Reytinqə Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Xəzər Universiteti daxil olub. Hər üç universitet reytinqdə səkkizinci yüzlüyə düşüblər.
Reytinqə ABŞ-ın üç ali məktəbi - Massaçusets Texnologiya İnstitutu, Stenford Universiteti və Harvard Universiteti liderlik edir. İlk onluğa Britaniyanın məşhur universitetləri - Oksford və Kembric daxil olub.
Reytinqdə həmçinin Türkiyənin 11, İranın isə 5 ali məktəbi daxil olub. Ermənistan və Gürcüstan universitetləri reytinqə daxil edilməyib.

report.az