Elçin Şirinov Macarıstanda konsert verib
31.8.2016

Azərbaycanlı pianoçu, caz ifaçısı Elçin Şirinov Macarıstanda konsert proqramı ilə çıxış edib.

Həmyerlimiz Budapeştin aparıcı caz klublarında təşkil edilən konsertdə macar musiqiçiləri ilə eyni səhnəni bölüşüb. Konsertdə Elçin Şirinovun repertuarında təqdim olunan caz musiqi nömrələri maraqla qarşılanıb.

Qeyd edək ki, E. Şirinov ənənəvi olaraq bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış edir.

azertag.az