Bakıda tanınmış fotoqraf Arkadiy Mitkinin sərgisi açılacaq
30.8.2016

Oktyabrın 22-də “Landmark Rotunda” Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tanınmış hollandiyalı fotoqraf Arkadiy Mitkinin fotolarından ibarət sərgi açılacaq.

Sərgi Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək sərgidə fotoqrafın caz musiqisinə həsr olunmuş müxtəlif mövzulu əsərləri sərgilənəcək.

azertag.az