Novxanı-Sumqayıt yolunda velosipedçilər üçün xüsusi zolaq salınıb
25.8.2016

Novxanı-Sumqayıt yolunda velosipedçilərin hərəkəti üçün 8 kilometrlik zolaq salınıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Novxanı-Sumqayıt yolu 8 kilometr məsafədə təmir edilib və yeni asfalt örtüyü döşənib. Velosipedçilərin təhlükəsiz hərəkət etmələri üçün yolun sağ kənarında velosiped zolağı ayrılıb. Bununla yanaşı, piyadaların təhlükəsiz hərəkəti üçün səkilər də qoyulub.

Şəhərin mərkəzi yollarında da velosiped zolaqlarının ayrılması nəzərdə tutulur.

azertag.az