Marneulidə “One Caucasus -2016” beynəlxalq festivalı keçiriləcək
24.8.2016

Avqustun 25-dən 28-dək Gürcüstanın Marneuli rayonunun Tserakvi kəndində “One Caucasus-2016” ("Vahid Qafqaz") festivalı keçiriləcək.

Builki festivalda Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan, Misir, Hindistan, Fransa, Polşa, Rusiya, Ukrayna da daxil olmaqla 15-dən çox ölkədən qonaqlar iştirak edəcək.

Artıq 3 ildir ki, festival yerli bələdiyyənin dəstəyi ilə Marneuli rayonunda baş tutur. Festivalın əsas məqsədi bütün müxtəlif ölkələrin gəncləri üçün görüş yeri və yaradıcı mühit yaratmaqdır. “One Caucasus” dünyanın dörd bir yanından gəlmiş musiqiçilər, rəssamlar, animatorlar, memarlar və könüllüləri bir araya gətirir. Bundan əlavə, festival qeyri-rəsmi təhsil yolu ilə rayonun yerli əhalisi ilə aktiv işləyir və Marneulidə, eləcə də digər bölgələrdə vətəndaş büdcəsinin inkişafını dəstəkləyir.

Festivala giriş sərbəstdir, ödənişsiz nəqliyyat və şəhərcik ərazisində pulsuz yaşama imkanı festivalı hamı üçün əlçatan edir.

Festival barədə daha ətraflı məlumat www.OneCaucasus.org, www.facebook.com/onecaucasus, www.youtube.com/onecaucasus -dan əldə oxumaq olar.

azertag.az