Tanınmış skripkaçı Nəzrin Rəşidova Londonda konsert verəcək
22.8.2016

Tanınmış skripkaçı Nəzrin Rəşidova oktyabrın 2-də Londonda Hempton saray-park kompleksində yerləşən Kral Kapellası salonunda çıxış edəcək.

Nəzrin Rəşidovanın saytına istinadla xəbər verilir ki, konsertin proqramına bəstəkar Yozef Qabriel fon Raynberqerin əsərləri daxildir. Nəzrin Rəşidova Rufus Froud (orqan) və Anna Mensieslə (violonçel) birlikdə çıxış edəcək.

azertag.az