Azərbaycan ölkə əhalisinin hər milyon nəfərinə qazanılmış medal sayında 8-ci yeri tutub
22.8.2016

Azərbaycan ölkə əhalisinin hər milyon nəfərinin payına düşən Olimpiada medalı sayında 8-ci yeri tutub.

AFP-yə istinadən xəbər verilir ki, ölkədə hər bir milyon sakinə Rio-de-Janeyro Olimpiya Oyunlarında qazanılmış 1,8 medal düşür.

Bu göstəricidə birinci yeri Qrenada tutub. Baham adaları ikinci, Yeni Zelandiya üçüncü sırada qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan Rio Olimpiya Oyunlarında 18 medal qazanıb. Ümumi medal sıralamasında 39-cu olan Azərbaycan medalların sayına görə iştirakçılar arasında ən yaxşı 15-ci komanda olub.

report.az