Güləşçi Nataliya Sinişin Azərbaycana daha bir bürünc medal qazandırıb
19.8.2016

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Nataliya Sinişin bürünc medal uğrunda son təsəlliverici görüşdən də qalib ayrılıb.

53 kq. çəki dərəcəsində çıxış edən Sinişin venesuelalı Betzabet Ancelika Arquello Vilyeqası 2:1 hesabı ilə yenib və bürünc medala sahib olub.

Bununla da, Azərbaycanın Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı medalların sayı 11-ə çatıb.

report.az