Bu il “ADA” Universitetini seçən abituriyentlərin göstəriciləri ötən ilə nisbətən yüksək olub
17.8.2016

Bu il “ADA” Universitetinə müraciət edən abituriyentlərin 46 faizi ali təhsil müəssisələrinə qəbul imtahanlarında 620 və daha artıq bal toplayaraq yüksək nəticə göstərib.

Universitetdən bildiriblər ki, bu ali təhsil ocağını bakalavr təhsili üçün seçən abituriyentlərin akademik göstəriciləri ötən ilə nisbətən yüksək olub.

azertag.az