Azərbaycan Belarusda “Belaya veja” teatr festivalında iştirak edəcək
17.8.2016

Sentyabrın 9-14-də Brest şəhərində XXI “Belaya veja” Beynəlxalq teatr festivalı keçiriləcək.

Festivalda 17 ölkədən, o cümlədən Azərbaycandan 27 teatr kollektivi iştirak edəcək. Səkkiz dildə təqdim ediləcək tamaşalar şəhərin beş səhnəsində oynanılacaq. Builki “Belaya veja” festivalı tamaşaçıları janr müxtəlifliyi ilə sevindirəcək. Afişada dram, müzikl, rok opera, fantasmaqoriya, uydurma pritça, qotik triller oyunu, məktəb kvesti, forma teatrı, monotamaşalar, küçə, xoreoqrafiya quruluşları təqdim edilib. Teatr həftəsi boyu klassik əsərlərlə müasir dramaturgiya nümunələri bir-birini əvəzləyəcək.

azertag.az