Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
15.8.2016

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

report.az