​"Accessbank" abituriyentlər üçün yeni layihə həyata keçirib
12.8.2016

"Accessbank" QSC-nin “Qazax” filialının əməkdaşları abituriyentlər arasında “Uğurlu gələcək təhsillə gələcək” adlı aksiya təşkil ediblər. Bankdan verilən məlumata görə, aksiya iki mərhələdən ibarət olub.

İlk mərhələdə dəvət olunan psixoloq ali təhsil məktəblərinə hazırlaşan gənclərə “İmtahan stressindən necə uzaqlaşmaq olar” mövzusunda məsləhətlər verib. Daha sonra abituriyentlər filialın müxtəlif şöbələrində bank işi ilə yaxından tanış olublar.

İkinci mərhələdə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək tələbə adını qazanmış gənclərlə görüş keçirilib. Yeni tələbələrə balansında pul olmaqla "Accessbank"ın kartları və "myAccess" intenet bankinq sisteminə 1 illik pulsuz qoşulma hədiyyə edilib.

Gənclər "Accessbank" haqqında düşüncələrini, təkliflərini, gənclərə, təhsilə verilən dəyərlər haqqında fikirlərini onlar üçün hazırlanmış guşədə qeyd ediblər. Tələbələr bu aksiyanın onlar üçün yenilik olduğunu, gərgin, yorucu hazırlıq günlərindən sonra istirahət etdiklərini bildiriblər.

report.az