Azərbaycan boksçusu Albert Səlimov "Rio-2016"da ilk qələbəsini qazanıb
10.8.2016

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanı boks yarışlarında 60 kiloqram çəki dərəcəsində təmsil edən Albert Səlimov ilk görüşünə çıxıb.

İrlandiyalı David Oliver Coys ilə qarşılaşan boksçumuz görüşünü qələbə ilə tamamlayıb və dörddəbir final mərhələsinə yüksəlib.

azertag.az