"Qarabağ"ın Avropa Liqasındakı oyununun başlama saatı açıqlanıb
9.8.2016

Avropa Liqasının pley-off mərhələsində "Göteborq" və "Qarabağ" komandaları arasında İsveçdə keçiriləcək oyununun başlama saatı açıqlanıb.

İsveç klubunun rəsmi saytına istinadən verilən məlumata görə, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.

Komandalar avqustun 18-də Göteborq şəhərində yerləşən "Qamla Ullevi" stadionunda üz-üzə gələcək.

Qeyd edək ki, cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

report.az