Samsung Curved TV qonaq otağınızın interyer dizaynına tam yeni görünüş bəxş edir
9.8.2016

Samsung Curved TV televizorları – izləyicinin imkanlarını nəzərə çarpacaq dərəcədə genişləndirən, nəfis dizayn və innovasiya toplusunun mükəmməl ahəngidir.

Samsung Curved TV – dünyada ilk çərçivəsiz qövsvari ekranlı televizor olub, seyr zamanı tamaşaçıya inanılmaz təəssüratlar bağışlayır.

Televizorun çərçivəsini təsvirin sərhədi kimi qəbul etməyə adət etmişik. Amma qövsvari ekranlı televizorlarda çərçivənin yoxluğu ekranda baş verənlərə tam qərq olmağa imkan verir və görünüşün qəbul edilməsində məhdudiyyət yaratmır.

Televizorların bir çoxu yalnız ekran səmtindən gözə görümlü sayılır. Elə bu da bizi onun arxa üzünü gizlətmək məqsədilə divar önündə qoymağa vadar edir.

Curved TV, televizorun interyerdə yeri haqqında təsəvvürləri bütünlüklə dəyişir. O, televizorun dizaynına incəlik qatan detalsız arxa panellə təchiz olunub. Zövqlü və sadə, yeni Curved TV daha divar qarşısında dayanmağa məcbur deyil: o, elə qurulub ki, istəkdən asılı olaraq otağın tən ortasında da yerləşdirilə bilər.

Curved TV-nin dayağı o qədər incə və nazikdir ki, seyr zamanı ekrandakı görüntü sanki havada süzür. Televizorun dayaqda durmasından və ya divara bərkidilməsindən asılı olmayaraq onun qövsvariliyi vizual olaraq diqqət mərkəzinə çevrilir və hər bir küncü hamarlaşdırır.

Samsung Curved TV qonaq otağınıza bəzək əlavə edəcək və interyerinizə zərifliklə vurğulanmış dəbdəbə qatacaq.

apa.az