Növbəti 5 gündə bəzi yerlərdə 42 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
5.8.2016

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamenti əhaliyə xəbərdarlıq edib.

Departamendən bildirilib ki, avqust ayının birinci ongünlüyündə isti hava şəraiti davam edəcək.

Məlumata görə, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 34-39 dərəcə isti olacağı gözlənilir.

Avqust ayının birinci ongünlüyündə ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42 dərəcə isti olacağı gözlənilir.

report.az