​Azərbaycanın çimərlik futbolu üzrə DÇ-2017-nin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib
4.8.2016

Bu gün çimərlik futbolu üzrə 2017-ci il dünya çempionatının təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticəsinə görə Azərbaycan yığması "G" qrupuna düşüb.

Millimiz bu qrupda Fransa, Macarıstan və Bolqarıstan yığmaları ilə mübarizə aparacaq.

Təsnifat mərhələsi sentyabrın 2-dən 11-dək İtaliyanın Yezolo şəhərində keçiriləcək. Dörd qiymətli vəsiqə uğrunda 28 Avropa yığması mübarizə aparacaq. Onlar ilk qrup mərhələsində hər birində 4 komanda olmaqla 7 qrupa bölünüblər. Öz qruplarında ilk iki yeri və iki ən yaxşı üçüncü yeri tutan komandalar ikinci mərhələyə vəsiqə qazanacaqlar.

A qrupu. İtaliya, Belarus, Türkiyə, Serbiya

B qrupu. Portuqaliya, İngiltərə, Rumıniya, Moldova

C qrupu. Rusiya, Almaniya, Norveç, Qazaxıstan

D qrupu. İsveçrə, Yunanıstan, Niderland, Litva

E qrupu. İspaniya, Polşa, Estoniya, Danimarka

F qrupu. Ukrayna, Çexiya, Avstriya, Gürcüstan

G qrupu. Macarıstan, Fransa, AZƏRBAYCAN, Bolqarıstan

report.az