EMIN Rusiyanın bir neçə şəhərində konsert verəcək
3.8.2016

Məşhur müğənni, "Qızıl qrammofon" mükafatının sahibi EMIN Rusiyanın şəhərlərinə solo qastrol turu təşkil edəcək.

Rusiya KİV-inə istinadən verilən xəbərə görə, proqram çərçivəsində EMIN Perm, Voronej, Krasnoyarsk, Novosibirsk, Yekaterinburq, Çelyabinsk, Kazan, Həştərxan, Volqoqrad və digər bölgələrdə konsert verəcək.

Konsert proqramına EMIN-i Rusiyada tanıdan rus dilində olan məşhur hitlər daxil ediləcək.

report.az