Kreml: Rusiya prezidenti avqustun 8-də Azərbaycana səfər edəcək
3.8.2016

Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycana səfər edəcək.

"RİA Novosti"yə istinadən verilən xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, daha əvvəl avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüşün keçiriləcəyi xəbər verilmişdi.

Üç ölkə prezidentinin beynəlxalq və regional siyasətin aktual məsələlərini, xüsusilə energetika və nəqliyyat sahələrində praktiki əməkdaşlığın yaradılması perspektivlərini müzakirə edəcəyi gözlənilir.

Bakıda olduğu müddətdə V.Putinin Azərbaycan və İran liderləri ilə ayrı-ayrılıqda ikitərəfli danışıqlar aparacağı da planlaşdırılır.

report.az