​"Unibank" yeni bonus kampaniyası keçirir
2.8.2016

Avqustun 10-na qədər "İdeal" mağazalarında "Unibank" ASC-nin "Albalı Plus" debet və əmək haqqı kartları ilə alış-veriş edənlər xərclədikləri vəsaitin 15%-ni geri alacaqlar. Bu barədə Bankdan bildirilib.
Məlumata görə, hissəli alışlar zamanı 10% bonus, həmçinin "Unibank"dan əlavə iki faizsiz ay hədiyyə ediləcək. Beləliklə, 8 aya tam faizsiz ödəniş etmək mümkün olacaq.
"Albalı Plus" və digər debet kartları Bankın istənilən filialından və eləcə də onlayn formada sifarişlə (http://debet.albali.az/) almaq olar.
"Unibank" hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşların xidmətindədir. Bankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud "Facebook" və "Twitter" səhifələrindən (www.facebook.com/unibank.az,https://twitter.com/unibank) əldə etmək olar.

report.az