"Nar-CityNet" limitsiz internetin sürətini 2 dəfə artırıb
2.8.2016

Avqustun 1-dən etibarən “Nar-CityNet” bütün limitsiz tariflərində internet sürətini 2 dəfəyə qədər artırıb.
“Nar” şirkətindən bildirilib ki, indi abunəçilər eyni qiymətə daha sürətli internet xidmətindən yararlanacaqlar. Əlavə olaraq, “Extreme-1” və “Maxima” trafikli tariflərdə internetin trafikinin həcmi 3 dəfədən çox artırılıb.
“Nar-CityNet” xidmətlərinə qoşulan bütün yeni abunəçilərə daha yüksək sürətlə yanaşı, bir ay pulsuz internet də təqdim olunacaq. Bundan başqa, “Nar-CityNet”in ADSL xidmətindən istifadə edən cari abunəçilər fiber-optik internet xidmətinə keçdikdə, hədiyyə olaraq ruter əldə edəcəklər. Pulsuz ruteri əldə etmək üçün abunəçilər ilk iki ayın abunə haqqını öncədən ödəməlidirlər.
Qeyd edək ki, hazırda “Nar-CityNet” Bakı və Abşeron yarımadası ərazisində FTTB (Fiber to the Building – bina üçün fiber-optik) və ADSL (Asymmetric Digital Subscriber Line – asimmetrik rəqəmsal abunəçi xətti) texnologiyaları əsasında yüksəksürətli sabit internet, eləcə də rəqəmsal TV (50 HD kanal daxil olmaqla) xidmətlərini təklif edir.

report.az