Rusiyanın Xalq Artisti Filip Kirkorov Bakıda konsert proqramı ilə çıxış edəcək
2.8.2016

Rusiyanın Xalq Artisti Filip Kirkorov dekabrın 10-da Bakıda “Crystal Hall”da konsert proqramı ilə çıxış edəcək.

Bu barədə məlumat “Jara” Beynəlxalq Musiqi Festivalının “facebook” səhifəsində yer alıb.

Rusiya estradasının kralı Bakıya, “Ya” konsert turu çərçivəsində gələcək.

azertag.az