Sosial şəbəkələr sağlam həyat tərzi aparmağa kömək edir
29.7.2016

Sosial şəbəkələrdə sağlam qidalanma haqqında tez-tez görünən yazılar səmərəsini verir.

“informing.ru” saytına istinadla verilən xəbərə görə, bu, Birminhem Universiteti (Böyük Britaniya) alimlərinin son tədqiqatdan sonra gəldiyi qənaətdir.

Tədqiqatçılar sübut ediblər ki, düzgün qidalanma haqqında statuslara baxış sağlam həyat tərzi tərəfdarlarının sayının artmasına səbəb olur. Bunun mexanizmi sadədir: istifadəçi sağlam qidalanma və idmanın təbliği ilə məşğul olan qrupun səhifəsinə abunə olur. Sonra onun təhtəlşüuru nəzərdən keçirilən səhifələrdə təklif olunan modelə can atır.

Alimlər iki könüllü qrupun iştirakı ilə sınaq keçiriblər. Birinci qrupa uydurma sosial sorğular göstərilib. Bu sorğulara cavabların çoxunda düzgün və vegetarian qidalanmaya üstünlük verilib. Qrupun üzvləri meyvələrin faydaları haqqında məqalələr oxuyub, onlara təbii məhsulların təsvirləri nümayiş etdirilib.

Sonra təcrübə iştirakçılarına üzüm, tərəvəz və peçenye təklif olunub. Birinci qrupun üzvlərinin çoxu meyvə-tərəvəz, sosial sorğu eksperimentinin aparılmadığı ikinci qrupun iştirakçılarının çoxu peçenye seçib.

azertag.az